Ana səhifə Elektrik Elektrik yuvaları və yuva qrupları

Elektrik yuvaları və yuva qrupları

743

Elektrik yuvaları cihazlarımı işlətməyimiz üçün gərəkli vasitədir. Bu yuvalar bəsit görünsə də təyinatını bilmədən istifadə edilmədiyində həyati təhlükəyə və yanğına səbəb ola bilər. Əsasən də bəzi ustaların iş yerlərində yuvaları təyinatı üzrə istifadə etməmələrindən bir çox hadisələr baş verir. Məsələn nəmli yerlərdə hər-hansı sıvaqüstü yaxud sıvaqaltı yuvaları müvəqqəti elektrik şəbəkəsinə qoşulmaq üçün istifadə edərkən iş zamanı ona toxunan birisinin 220V ilə təması həyati təhlükəsini qaçınılmaz hala gəlir. Təbii ki, ən doğrusu sənaye tipi yaxud nəmli yerlər üçün nəzərdə tutulmuş yuvaların yaxud yuva qruplarının istifadəsi belə halların qarşısını alır. Bütün bu problemlərin yaşanmasının az da olsa qarşısını almaq üçün bu məqaləni sizinlə paylaşmaq istədim. Elektrik yuvaları istifadə təyinatlarına görə bir neçə qrupa bölünür:

Sıvaq altı

Sıvaq üstü

Nəmli yer(antigron) yuva

Daşınabilən kabelli yuvalar

Sıvaq üstü 3 fazlı

Sıvaq altı 3 fazlı

Sıvaq altı yuvalar

Sıvaq altı yuvalar əsasən təmirdən öncə ustaların sıvaqdan öncə divara qutu montaj edilməsi ilə təmirdən sonra bu qutuya bağlanır. Bunlar evlərimizdə tez-tez rastlaşdığımız elektrik yuvalarıdır. Yuvaların təhlükəsizlik baxımından torpaqlaması olanlanlarını istifadə etməniz məsləhət görülür. Evinizdə torpaqlama naqili mövcud deyilsə bu yuvaları almağınız artıq xərcdən başqa bir işinizə yaramayacaq və ona görə də hər zaman yuva alarkən buna diqqət edin.

Sıvaq üstü yuvalar

Sıvaq üstü yuvalar adətən təmir edilmiş yerlərdə sonradan çəkilən xəttlər habelə sənaye tipli obyeklər üçün nəzərdə tutulub. Ev ofis şəraitində yenidən sıvağın qazılmaması üçün sonradan ehtiyac duyulan yerlərə xətt çəkmək istədiyimizdə bu yuvalar istifadə edilir. Sənaye tipli obyektlərdə isə mümkün olmayan yerlərə(konteyner ofislər, metal konstruksiyalı anqarlar və s.) əsasən təhlükəsizlik səbəbi ilə kabel kanalları üçün nəzərdə tutulmuş yuvalardan istifadə olunur.

Nəmli yer(antigron) yuva

Nəmli yerlərdə istifadə edilən yuvalar, toz, nəm, su, partlayıcı və yanıcı qaza qarşı qoruyucu xarakterli olur. Üst çərçivəsi sərt PVC maddə, bakelit maddədən və ya termoplastik maddədən edilmişdir. Enerjinin bağlanacağı kontakt yuvaları, yanmaz xüsusiyyətli PVC və ya farfor maddənin içində olur. Gövdə üzərində, axın daşıyan keçirici qisim və parçaları, sərt misdən və ya mis qaplamalı sərt metaldan hazırlanıb.

Daşınabilən kabelli yuvalar

Bu tip yuvalar günlük həyatımızda demək olar ki, ən çox ehtiyac duyulan elektrik yuvalarıdır. Çox zaman qrup şəklində bir çərçivəyə yerləşdirilmiş şəkildə satılır. Sənayedə də su keçirməz növləri çox populyardır. Bu yuvalar hətta şalterli belə istehsal edilir. Hər-hansı bir təhlükə anında bütün yuvaları söndürmək imkanı vardır.

3 fazalı yuvalar

Üç fazalı 380V yuva əksəriyyətlə yüksək gərginliklə işləyən motorların olduğu sənaye mühitlərdə istifadə edilməkdədir. Ümumiyyətlə elektrikli nasoslar, dəzgahlar, mühərriklər, kompressorlar 380 Voltla yəni 3 fazalı olaraq işləyirlər. Bəzən istifadə etdiyimiz alət və cihazların gücünü dəyişdirmək, səmərəliliyini və təhlükəsizliyi artırmaq lazım olur.

Evlərimizdə istifadə etdiyimiz bütün cihazlar tək fazlı olaraq çalışdığı üçün 3 fazlı yuvalar yoxdur. Xüsusi olaraq 3 fazlı yuvalar və çəngəllər, iyirminci əsrin ikinci yarısının Sovet istehsalı elektrikli sobaları olan evlərdə istifadə edilmişdir.

Şəbəkədən elektrik enerjisinin evlərimizə 3 fazlı olaraq təmin edilməsinin səbəbi tək faza həddindən artıq yüklənmədən qaçınmaq və balanslı bir sistem meydana gətirməkdir. Elektrik sistemləri dünyanın fərqli bölgələrində, gərginlik və tezliyə bağlı olaraq dəyişiklik göstərməkdədir. 380 V Avropada istifadə edilən standart bir sistem olub, sənaye elektriki olaraq bilinir. 3 fazlı olaraq istifadə edilməkdədir.

Əvvəlki məqaləAmper
Növbəti məqaləElektrik dövrələri