Ana səhifə Helpdesk Megabyte və Megabit

Megabyte və Megabit

642

Bu məqalədə ad bənzərliyi üzündən çox zaman qarışdırılan megabyte və megabit mövzularını araşdıracağıq. Mümkün qədər texniki terminlərdən istifadə etməməklə hər kəsin anlayacağı bir dildə yazmağa çalışacağam.
Bu ölçü vahidlərini səhv salmaq təbiidir çünki yazılışları və tələffüzləri bir-birinə çox bənzəməkdədir. Şəkildə də göründüyü kimi adların qısaltması belə çox bənzərdir. Aradakı fərq meqa bitdə B hərfinin kiçik B hərfi ilə işarə edilməsidir.

Megabit nədir? (Mb – Mbps)

İnternetin sürəti yaxud məlumat endirmə / Yükləmə sürəti
Fərz edək ki, inter satan şirkətlərdən(provayder) birinə evə internet bağlatdırmaq üçün müraciət etmisiniz. Provayderin təklif etdiyi internet paketlərindən birini seçməlisiniz və bilmədiyiniz bir ölçü vahidi ilə paket təklif edilir. Normalda bildiyiniz ölçü vahidləri metr, km, kq və s. kimi vahidlərdən fərqli olan bir vahid sizi çaşdırır və seçim etməkdə çətinlik çəkirsiniz. Yaxud kompüter işlətdiyiniz zaman istifadə etdiyiniz megabayt kimi qəbul etməyə başlayırsınız.
Megabit əgər tərif kimi demək istəsək: 1 saniyədə köçürülən məlumatın miqdarıdır. İstifadəçilər isə bunu qısaca internetin sürəti adlandırırlar.

Hesablamalar və riyaziyyat ilə başınızı qarışdırmadan birbaşa olaraq bunları söyləyə bilərəm ki;

8 Mbps-lik İnternet sürəti ilə saniyədə 1 Megabyte endirmə etmək mümkündür.
16 Mbps-lik İnternet sürəti ilə saniyədə 2 Megabyte endirmə etmək mümkündür.
24 Mbps-lik İnternet sürəti ilə saniyədə 3 Megabyte endirmə etmək mümkündür.
Bəli, belə səkkizin qatları olacaq şəkildə siz də endirmə sürətinizi hesablaya bilərsiniz.

Yaxşı Mb və MB arası əlaqə nədir? Budur ki; 100 Megabit təxminən olaraq 12 MB / saniyəlik bir İnternet sürətinə bərabərdir.

Megabyte nədir? (MB)

Fayl Ölçüsü yaxud məlumatın çihazda tutduğu yer

Megabyte nədir? Faylın ölçüsünü ifadə etməmizə yarayan bir vahiddir. Yəni əlimizdəki texnoloji cihazda yerləşən faylın nə qədər yer tutduğunu bildirir. Məsələn;
İnternetdən bir musiqi endirmək istəyirik və bu musiqinin həcmi 4 megabyte-dir. Bu zaman əlimizdəki cihazın yaddaşında yetərli yer olduğunu kontrol edirik. 7 MB-lik yerdən 4 MB tutan musiqi faylını yükləməyə müvəffəq oluruq.
Göründüyü kimi MB yaddaş ölçmək üçün təyin edilmiş birölçü vahididir və cihazınızda bütün dosya növlərinin həcmini bilməniz üçün istifadə edilir. Aşağıda bu ölçü vahidinin üstvə alt dəyərləri göstərilib:
1 Byte = 8 Bit
1 Kilobyte = 1024 Byte
1 Megabyte = 1024 Kilobyte (KB)
1 Gigabyte = 1024 Megabyte (MB)
1 Terabyte = 1024 Gigabyte (GB)

Əvvəlki məqaləKompüterdə səs və görüntü necə yaranır
Növbəti məqaləRezistor / Müqavimət / Resistor