Ana səhifə Elektronika Potensiometr

Potensiometr

2438

Potensiometr, rezistorun bir növüdür. Müqavimət məqaləmizdə rezistordan bəhs etmişdik. Potensiometrin xüsusiyyəti idarə edilə bilən rezistor olmasıdır. Gərginlik, cərəyan şiddətinin artırıb azaltmada və dalğaların dəyişməsində ən çox istifadə edilən komponentdir. Məsələn, fərz edək ki, bizim bir adaptorumuz var və 12V elktrik enerjisi verir və bizə isə 5V lazımdır. Bu kimi vəziyyətlərdə potensiometrin köməyi ilə kiçik bir dövrə quraraq nəinki 5V, hətta 12V-dan 1V-a qədər endirib qaldıra bilərik. Örnəklər ilə məqalənin sonundakı şəkillərdə tanış ola bilərsiniz.

Potensiometr simvolu da normal bir müqavimətin üzərinə ox əlavə olunmuş şəkildə qeyd edilir. Bunun səbəbi də müqavimət dəyərinin anlıq idarə edilə bildiyini göstərməsidir.

Şəkillər və məqalənin bəzi hissələri robotistan.com-dan götürülmüşdür. Bu animasiyaları yenidən düzəltmək mümkün idi lakin saytın hələlik tək müəllifi olduğum üçün buna zaman ayırmamağa və sizlər üçün daha çox məqalə yazmağa qərar verdim. Ona görə saytda gördüyünüz bəzi hərf xətalarını və internetdə gördüyünüz şəkillərdən istifadə etməmi üzürlü sayın. Üzürlü saydığınızı var sayıb davam edirəm:)

Potensiometr montajı
Elektronik dövrələrdə potansiometrin bir neçə montaj üsulu var və aşağıdakı şəkillərdə ətraflı nümunələr ilə göstərilmişdir.

How to test potentiometer

Əvvəlki məqaləRezistor / Müqavimət / Resistor
Növbəti məqaləMƏNTİQ QAPILARI