Ana səhifə Elektronika Rezistor / Müqavimət / Resistor

Rezistor / Müqavimət / Resistor

2735

Müqavimət, bir elektronik dövrədə elektrik cərəyanını məhdudlaşdırılmasında və ya təşkil edilməsində, siqnal səviyyələrini nizamlanmasında, gərginlik bölünməsində və s. bir çox tətbiqdə istifadə edilən passiv bir elektronik dövrə komponentidir. Demə olar ki, bütün elektronik dövrələrdə və elektrik şəbəkələrində görmək mümündür.

Müqavimətin vahidi ohm olaraq ölçülür və simvolu “Ω” ilə göstərilir. Müqavimət qısaca “R” hərfi ilə qeyd edilir.

Müqavimət üzərindən axan cərəyanın dəyəri terminal ucları arasındakı gərginlik fərqi ilə doğru mütənasibdir. Bu nisbət Ohm Qanunu ilə bilinir.

Müqavimətlər bir çox məqsəd üçün istifadə edilməkdədir. Axın məhdudlaşdırma, gərginlik bölücü, istilik istehsalı, uyğunlaşdırma və yükləmə dövrələri və s.

Müqavimətin Simvolu

Müqavimət Standartları

Müqavimətlərin bir çox standartı mövcuddur. Standartlar, əhəmiyyətli xüsusiyyətləri ölçmək üçün təyin olunmuşdur. Fiziki ölçü və müqavimət dəyərləri üçün digər standartlar mövcuddur. Ən çox bilinən standart metal örtüklü müqavimətlər üçün rəng kodu standartıdır.

SMD müqavimətlər

Bir dövrə kartındakı SMD (Surface Mount Device) rezistorlar kiçik olduqları üçün müqavimətini təyin etmək üçün üzərində rənglərlə deyil rəqəmli kodlarla bilgi verilir.
Komponentin (uzunluq və genişlik) ölçüsü də standartlaşdırılmışdır və bir müqavimət paketi olaraq adlandırılır. Aşağıdakı şəkildə bir PCB(dövrə lövhəsi) üzərindəki bir SMD müqaviməti nümunəsi verilmişdir. “331” kodu, müqavimətin 33Ω x 10 ^ 1 = 330Ω dəyərinə sahib olduğu bildirir

Müqavimətin Tətbiq Sahələri

Elektronik dövrələrdə müqavimətlər ümumiyyətlə ardıcıl və ya paralel olaraq bağlanır. Ardıcıl əlaqə üçün, hər müqavimət üzərindən keçən axın eynidir və ekvivalent müqavimət fərdi müqavimətlərin cəminə bərabərdir. Paralel əlaqə üçün, hər müqavimətdəki gərginlik eynidir və ekvivalent müqavimətin tərsi, bütün paralel müqavimətlər üçün tərs dəyərlərə bərabərdir.

Kirchhoffun dövrə qanunlarını internetdən araşdıra bilərsiniz.

LED işıqların çalışması üçün müəyyən bir axın lazımdır. Çox aşağı bir axın LEDi yandırmazkən, çox yüksək bir axın da Ledi xaram edə bilər. Bu səbəblə, ümumiyyətlə müqavimətlərlə ardıcıl olaraq bağlanarlar. Bunlar balast müqavimətləri olaraq adlandırılır və dövrə içindəki axını passiv olaraq nizamlayır.