Ana səhifə Şəbəkə Cisco Small Business Switch-lərin reset edilməsi

Cisco Small Business Switch-lərin reset edilməsi

388

Tətbiq olunan cihazlar

Sx300 Series 1.4.7.06

Sx300 Series 1.4.7.06

SG350X Series 2.2.8.04

Sx500 Series 1.4.7.06

Sx550X Series 2.2.8.04

Manual üsulla reset

Switch işləmədikdə və veb əsaslı köməkçi proqram istifadə edərək sıfırlana bilmədikdə, zavod standart konfiqurasiyasını bərpa etmək üçün Switch manual üsulla yenidən qurula bilər. 

Addım 1. Bütün şəbəkə kabellərini portlardan çıxarın. (Güc kabeli xaric) Addım 2. Şəkildə göstərilmiş RESET düyməsini 15 ya da 20 saniyə sıxıb saxlayın.

DİQQƏT: Şəkildə misal göstərilən avadanlıq SG350X-24 24-Port Gigabit Stackable Managed Switch modelidir

Addım 3. Bütün LED işıqlar yandığı zaman RESET düyməsini buraxın.

Addım 4. Kompüterinizi serial(RS-232) kabeli ilə Switch-ə bağlayın.

Addım 5.  Switch konsoluna dasil olun (istifadəçi adı cisco / şifrə cisco).

Addım 6. Şəbəkənizi daha yaxşı qorumaq üçün yeni parol konfiqurasiya etməyiniz istənəcək. Qarşınıza çıxan seçimdə Y hərfi ilə qəbul, N hərfi ilə isə imtina edə bilərsiniz.

Biz Y seçdik:) Əgər N seçsəniz Addım 9. ilə davam edin.

Addım 7. Qarşınıza çıxan “Enter the old password” tələbində əvvəldən daxil etdiyiniz cisco şifrəsini yazın.

Addım 8. Yeni şifrənizi və təkrarını daxil edin. ENTER düyməsinə basın.

Bundan sonrakı ayarlar resetdən sonrakı bəsit ayarlardır və şifrə dəyişimində əgər N seçmisinizsə artıq RESET əməliyyatı bitmişdir. Cisco-nun rəsmi səhifəsində verildiyi üçün biz də adətləri pozmadan sizə təqdim edirik.

Addım 9. Aşağıdakı komandaları daxil edərək keçidin Qlobal Konfiqurasiya rejiminə daxil olun:

configure terminal

QEYD: SG350X# Bu avadanlığın adıdır və yazdığımız komandalarda kopyala və qoy edirsinizsə buna ehtiyac yoxdur. Bütün komandalar # işarəsindən sonradır.

Addım 10. Avadanlığa yeni ad vermək üçün aşağıdakı komanda istifadə edilir.

SG350X(config)#hostname Azerchip

Qeyd: Biz öz avadanlığımızı Azerchip adlandırdıq. siz istənilən bir adı yaza bilərsiniz.

Addım 11. Telnet xidmətini aktiv etmək üçün aşağıdakı komandadan istifadə edirik.

Azerchip(config)#ip telnet server

Bu arada avadanlığın SG350X adından Azerchip adına dəyişdiyini də diqqətinizdən qaçırmayın.

Addım 12. SSH xidmətinin aktiv edilməsi. Qeyd edim ki, SSH sizə avadanlığa uzaqdan bağlanmağa kömək edəcək.

Azerchip(config)#ip ssh server

Etdiyiniz şeylərin avadanlığın yaddaşına qeyd etməyi unutmayın və aşağıda qeyd etdiyimiz kimi davam edin.

VƏSSALAM:)

Əvvəlki məqaləCisco ASA 5510 /5520 /5550 IOS yükləmə
Növbəti məqaləAMPERMETRƏ