Ana səhifə Helpdesk Helpdesk nədir?

Helpdesk nədir?

5631

Helpdesk – Yardım masası dediyimiz şöbə demək olar ki, bütün şirkətlərin ən çox işləyən İT mütəxəssisidir. Departamentin demək olar ki, qara qulu kimi də ifadə etmək olar. (tamamən zarafat) İT sahəsinin ən çox inkişaf tələb edən bir qoludur. Bir helpdesk mütəxəssisi avadanlıq, sistem və şəbəkə ilə müəyyən qədər tanış olmalıdır. Bu əlbəttə kiçik çaplı şirkətlərdə keçərlidir. Çünki kiçik şirkətlərdə işçi sayı az olduğu üçün İT departamenti də olmaya bilər və helpdesk departamentə aid bütün işlərlə məşğul olmağa məcbur olur. Lakin böyük şirkətlərdə helpdesk ayrıca bir şöbə olub hər sahəyə aid bir mütəxəssis ayıraraq professional bir komanda ilə çalışır. Helpdesk mütəxəssisləri ümumilikdə 4 səviyyəyə ayrılır:

  1. Helpdesk səviyə 1
    Bu səviyyədə olan mütəxəssislər avadanlıqlarla işləmə və sistemdə baş verən xətaları həll etmə təcrübələrinə sahib kiçik mütəxəssislərdir.
  2. Helpdesk səviyə 2
    Bu səviyyə helpdesklər yarı professional mütəxəssislərdir. Bəsit proqramçılıq, sistem və şəbəkə bilgilərinə sahib olmalıdırlar. 1-ci səviyyə helpdesklərdən fərqli olaraq sistem analizi kimi təcrübələrə sahibdirlər.
  3. Helpdesk səviyə 3
    Bu artıq profesional mütəxəssislərin yer aldığı səviyyədir. 3-cü səviyyə helpdeskləri sistem, şəbəkə və proqramlaşdırma sahələrində püxtələşmiş sertifikatlı mühədislərdən meydana gəlir. Şirkətin sistem inkişafını həyata keçirən masa da adlandırmaq olar.
  4. Helpdesk səviyə 4
    Layihə menecerliyi, İT departamentinin tam idarəçiliyini həyata keçirən tam professional kadrlardan meyda gələn bir qrupdur.

Günümüzdə bütün səviyyələrdən olan mütəxəssislərin yer aldığı İT şirkətləri vardır. Bu şirkətlər kiçik müəssisələrin maddi baxımdan işinə yarayan bir həll təklif edir ki, bu da bizim böyük bir komanda saxlama ehtiyacımızı aradan qaldırır. İT həll şirkətləri həm proqlaşdırma həm də digər İT sahələri üzrə təcrübəli mütəxəssislər saxlayır və bizə bütün departamentdən daha ucuz başa gələn bir xidmət haqqı ilə problemlərin həllində kömək edir.

Əvvəlki məqaləWindows-da fayllar niyə tamamən silinmir?Çözüm!
Növbəti məqaləDIP paket tipləri