Bu dövrə ilə kiçik DC motorları asanlıqla idarə etmək olar və bu dövrə ilə siz kiçik robot maşınlarınızın sürətini yaxud motorlu layihələrinizdə motorların idarəsini təmin edə bilərsiniz.
İlk öncə NE555 nəzərdən keçirək

Pin 1 – Ground(torpaqlama) DC güc qaynağının mənfi qütbünə bağlanır
Pin 2 – Triqqer(tətikləyici) girişi
Pin 3 – Output(çıxış) dörkünc dalğaların alınma ayağı
Pin 4 – Reset sıfırlama ayağı
Pin 5 – Kontrol girişi
Pin 6 – Treshold çıxışı kəsmək üçün istifadə olunur.
Pin 7 – Kondensatorun deşarj girişi
Pin 8 – Power supply(güc qaynağı) müsbət girişi
Sadə dillə desək, 3 fərqli rejimdə işləyir
Stabil

Monostabil

Bistable

Layihəmizin məqsədi 555-dən istifadə edərək DC mühərrikinin sürətini idarə etməkdir. Bunu həyata keçirmək üçün Stabil iş rejiminə keçmək lazımdır.
Stabil vəziyyət
Burada çıxış impulsu davamlı olaraq iki vəziyyət (high – low) arasında dəyişir. Dövrəni işə saldıqdan sonra çıxışda sabit vəziyyət olmur. Yəni 555 taymerinə qoşulmuş RC (rezistor – kondensator) dəyərlərindən asılı olaraq tezlik dəyişəcək. Başqa bir dillə desək RC dəyərlərini dəyişdirərək tezliyi artıra və ya azalda bilərik.
555 taymer üçün əsas Stabi dövrə aşağıda göstərilmişdir.

Aşağıdakı düstur dördkünc dalğa yaratmaq üçün REZİSTOR və KONDENSATOR üçün uyğun dəyərləri seçməyə kömək edir.
Qeyd: R-rezistor, C-kondensator kimi göstərilmişdir və rezistorlar Ohm, kondensator isə Farad dəyərləri ilə qeyd edilmişdir.
ON time (secs) = 0.693 * (R1 + R2) * C
OFF time (secs) = 0.693 * R2 * C
Frequency = 1.44 / ((R1 + R2 + R2) * C)
Duty Cycle % = (ON / (ON + OFF)) * 100
Nümunə:
R1= 1K
R2= 330 ohms
C= 1000 uf
ON time (sec) = 0.693 * ((1×1000)+330) * (1000 X 10 e -6))
= 0.693 * 1330 * 0.001
= 0.92 seconds
OFF time (secs) = 0.693 * 330 * 0.001
= 0.22 seconds
frequency = 1.44 / ((1000 + 330 +330) * 0.001)
= 0.869 Hz
Duty Cycle % = (0.92 / (0.92 + 0.22)) * 100
= 80 %
İş dövründən asılı olaraq motorun sürəti dəyişəcək

Əgər dövr çox olarsa, o zaman motorun sürəti yüksək, az olarsa, mühərrikin sürəti aşağı olacaq.
Tam dövrə aşağıdakı kimi olacaq:
