Ana səhifə Elektrik Elektrik dövrələri

Elektrik dövrələri

1138

Elektrik dövrəsi 3 növü var:

1-Qapalı dövrə

2-Açıq dövrə

3-Qısa dövrə

Qapalı dövrə

Qaynaqdan çıxan axının hər-hansı vasitədən (məsələn: lampa) keçərək qaynağa yenidən dönən dövrədir. Dövrənin davamlı qapalı dövrə kimi qalması da bir xətadır. Paltaryuyan maşını isidicisinin davamlı çalışaraq suyu qaynatması, nasosun davamlı enerji alaraq davamlı su götürməsi kimi hallar buna misaldır. Bu vəziyyətlərdə dövrəni kəsən açarın qəzalı olub olmadığına diqqət edin. Qapalı dövrənin çalışmasına dövrə kəsici açar ilə nəzarət edilməlidir.

Açıq dövrə

Axının meydana gəlmədiyi dövrələrdir, bu səbəbdən axının qaynağına dönə bilməyən dövrələrdir. Qaynağına dönməyən axın heç bir işə yaramaz və bu vəziyyətdə dövrə çalışmaz. Paltaryuyan maşının qızdırıcısı açıq dövrə olaraq və ya qızdırıcının kabelinin qoparaq suyu istilədə bilmədiyi, su götürmədiyi dövrə bu dövrə növünə nümunədir. Bu dövrədə dövrə komponentlərindən alıcı, dövrə kəsici, keçiricilərdən biri və ya birdən çoxu qəzalı ola bilər.

Qısa dövrə

Axının qaynağına hər-hansı bir vasitə olmadan dönməsi illə yaranan dövrədir. Bu özü özlüyündə xətalı bir dövrə sayılır və təhlükəli ola bilər. Burada güc qaynağından gələn iki müsbət naqilin bir birinə toxunmasını misal göstərmək olar. keçmədən döndüyü təhvil verər. Axının keçməsinə çətinlik göstərilmədiyi üçün sonsuz axın keçər və şalterin atmasına səbəb olur. Bu dövrələrdə xəta ohm ölçülərək tapılır. Bu dövrə hər bir halda işləməz və təhlükəlidir, qoruyucular digər qəzaları önləmək üçün işə düşərlər.

Əvvəlki məqaləElektrik yuvaları və yuva qrupları
Növbəti məqaləVolt nədir