Home Elektronika İşığa duyarlı sensor LDR

İşığa duyarlı sensor LDR

183
0

İngilis dilində adı Light Dependent resistor olan bu hissə günlük həyatımızda ən çox rastlaşdığımız parçadır. Funksyası üzərinə kölgə düşdüyü zaman dövrəni işə salmaqdır. Gecələr avtomatik yanan küçə lampalarında LDR vazkeçilməzdir. Bu hissə çox zaman işıqlandırmada istifadı edilsə də bununla yanaşı optik sensor kimi qanın rəng sıxlığını təyin edən tibbi cihazlarda, flaşlı fotoapparatlarda, avtomatik açılan qapılarda, əlimizi yaxınlaşdırdığımızda işləyən maye sabun, salfet apparatları və buna bənzər bir çox sahədə istifadə edilir.

LDR özlüyündə bir rezistordur lakin bir az daha fərqli iş prinsipinə sahibdir. Normal rezistorlardan fərqli olaraq LDR üzərinə düşən işığın dəyərinə görə göstərdiyi dirənc dəyəri də dəyişir. Digər şəkildə izah edəcək olarsaq LDR-ların işıqda dirənci minimum, qaranlıqda isə maksimumdur. Bu sensorlar həm AC həm də DC dövrələrdə eyni reaksiya göstərir. LDR istehsalında istifadə edilən əsas CdS (Cadmium sulfide) və CdSe (Cadmium selenide) maddələridir ki, bu maddələr də işığa duyarlıdır. LDR-ın həssaslığını və qəbul etmə müddətini təyin etməsi üçün istehsalında istifadə edilən maddə təbəqəsinin şəkli və həcmi qəbul edicinin həssaslığına təsir edir. LDR-a gələn işığın mərkəzləşməsini təmin etmək üçün isə üst qisimə şüşə ya da şəffaf plastik montaj edilir.

LDR-lar müxtəlif ölçülərdə istehsal edilir və gövdə ölçüləri böyüdükcə güc dəyəri yüksəlməkdə və keçirə biləcəkləri axın da artmaqdadır.

LDR üzərinə işıq düşdüyündə valans elektronları işıq enerjisi ilə kafi sürətə çatıb, dəyişərək keçiricilik qabiliyyətini işə salırlar. Yəni LDR, dövrə axımını meydana gətirən sərbəst elektronları çoxalır. Bu da LDR müqavimətinin düşməsi deməkdir. LDR-ın ən çox həssas olduğu işıq yaşıl işıqdır. Üzərinə düşən işıq şüasının şiddətinə bağlı olaraq valans dalğasından keçiricilik dalğasına keçə bilən elektron sayı artdığı üçün LDR-ın müqaviməti də azalır. Ancaq, işıq şiddətinin artımıyla keçiricilik dalğasına keçə bilən elektron sayı doğru istiqamətdə lineer nisbətə sahib olmadığı üçün LDRin müqavimətindəki eniş də lineer deyil.
Bu sensorun müqavimətləri qaranlıqda MΩ səviyyəsində olmasına baxmayaraq yetərli işıq düşdüyüdə 5-10Ω kimi çox kiçik dəyərlərə düşə bilirlər.

Previous articleOptokupler nədir
Next articleDS1307RTC Real zaman saatı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here