Ana səhifə Elektrik Kabel kodları və rəng təsnifatı

Kabel kodları və rəng təsnifatı

1006

Kabel nədir?

Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC), kabelləri standartlaşdırmışdır. HD361 sənədi, kabel gərginliyinin, izolyasiya vəsaitinin, örtük xüsusiyyətləri və keçirici tipinin təmsil edilməsi üçün kodlar (hərflər və ya rəqəmlər) təsis edərək kabelləri təsnif edib yəni sinifləndirmişdir.

Kabel kodları üç qisimə bölünür. Əvvəl standart və nominal gərginlik verilir, sonra isə keçirici materialı, quruluş xüsusiyyətləri və örtük göstərilir və bunları damarlarla çapı tamamlayır.

Hər bir kabel, aşağıda detallı olaraq açıqlandığı kimi bir kod ilə ifadə edilmişdir. Tipik olaraq, bunlar kabelin təyin etməsini meydana gətirmək üzrə bir-birinə bağlıdır. Bəzi kodların önünə -A (alüminium) nümunəsində olduğu kimi ‘-‘ işarəsi vardır.

Kodların Mənaları
Aşağıda kodları meydana gətirən hərf və rəqəmli xarakterlərin mənaları ifadə edilmişdir.

Dizaynın Təyin olunması
► A: səlahiyyətli milli standart
► H: uyğunlaşdırılmış standart

Nominal Gərginlik
► 01: 100 V
► 03 : 300/300 V
► 05 : 300/500 V
► 07 : 450/750 V

Struktur elementləri

Konsantrik Keçiricilər
► A : Konsantrik alüminium keçirici
► A6 : Konsantrik alüminium keçirici, dalğa şəklində
► C : Konsantrik mis keçirici
► C6 : Konsantrik mis keçirici, dalğa şəklində
► C9 : Bölünmüş konsantrik mis keçirici

Örtük
► A7 : Alüminium ekran
► A8 : Alüminium ekran, fərdi keçiricilər
► C4 : Mis hörgü ekran
► C5 : Mis hörgü ekran, fərdi keçiricilər
► C7 : Mis falqa ekran
► C8 : Mis falqa ekran, ayrı keçiricilər
► D : Bir və ya daha çox incə polad falqa ekran

Zirehləmə
► Z2 : Yumru polad tel zireh
► Z3 : Yastı polad tel zireh
► Z4 : Polad falqa zireh
► Z5 : Polad hörgü telli zireh
► Z6 : Polad telli dəstək
► Z7 : Kesitli polad telli zireh
► Y2 : Yumru alüminium telli zireh
► Y3 : Yastı alüminium telli zireh
► Y5 : Xüsusi vəsaitli zireh
► Y6 : Polad və mis telli və / və ya bant zireh

Struktur elementləri
► -A : Alüminium
► -Z : Xüsusi vəsait və ya xüsusi forma

Xüsusi Dizayn Xüsusiyyətləri

Dəstək Strukturları
► D2 : Kabel üzərindəki tekstil və ya polad tellər
► D3 : Naqil üzərinə sarılmlş tekstil elementlər
► D4 : Özündən dəstəkli kabellər və tellər
► D5 : Mərkəzi keçirici element

Xüsusi Versiyalar
►H : Ayrıla bilər örtüklü ya da örtüksüz kabellər və damarların – yastı tipi
► H2 : Ayrılmayan kabellərin yastı tipi
► H3 : hörgülü yastı kabel
► H4 : Tək keçiricili izolyasız çox damarlı kabel
► H5 : İki və ya daha çox damarlı örtüksüz kabel
► H6 : 3 və ya daha çox damarlı yastı kabel
► H7 : İki qatlı ekstrüde edilmiş izolyasiyalı kabel
► H8 : Bobinli keçirici

Keçirici Tipi
► – D: qaynaq kabelləri üçün incə tel
► – E: qaynaq kabelləri ekstra incə tel
► – F: elastik kabellər üçün incə tel
► – H: elastik kabellər üçün əlavə incə tel
► – K: sabit təsisat üçün incə telli keçirici
► – M: milliken keçirici
► – R: çox telli, naqil

► – U: tək telli elastik olmayan yumru keçirici
► – W: tək telli elastik olmayan dairəvi şəkilli keçirici
► – Y: tinsel keçirici
► – Z: xüsusi materialdan keçirici

Qoruyucu nüvə
► G: yaşıl / sarı torpaq keçiricili
► X: torpaqsız keçirici

İzolyasiya və Örtük Vəsaitləri
► B : Etilen-propilen kauçuk (EDR) + 90 ° C
► B2 : Etilen-propilen kauçuk (sərtləşdirilmiş)
► B3 : Butil kauçuk
► E : Polietilen
► E2 : Yüksək sıxlıqlı polietilen
► E4 : Poli-tetrafluoroetilen
► E5 : Etilen propilen kauçuk
► E6 : Etilen tetrafluoretilen
► E7 : Polipropilen
► G : Etilen-vinilasetat (EVA)
► J : Şüşə lifli hörgü
► J2 : Şüşə lifli təbəqə
► M : Mineral izolyasiya
► N : Chloroprene kauçuk (CR)
► N2 : Chloroprene kauçuk (CR) qaynaq kabeli
► N4 : Xlorlu polietilen
► N5 : Nitril-kauçuk
► N6 : Ftorlu kauçuk
► N7 : PVC nitril kauçuk qarışığı
► N8 : Polikloropren kauçuk, suya dayanıqlı
► P : hopdurulmuş kağız izolyasiyası
► Q : Poliuretan (PUR)
► Q2 : Polietileneterftalat
► Q3 : Polistirol
► Q4 : Poliamid
► Q5 : Poliamid
► Q6 : Poliviniliden floridi
► R : (NR, SR) təbii və ya sintetik kauçuk
► S : (SIR) silikon kauçuk
► T : Tekstil hörgü
► T2 : Alov gecikdirici ilə tekstil
► T3 : Tekstil keçirici sarğı və ya lent
► T4 : Tekstil keçirici sarğı və ya lent, alov gecikdirici
► T5 : Korroziyadan qorunma
► T6 : Fərdi keçirici və ya kabel üzərində tekstil
► V: PVC
► V2 PVC yumşaq, artan istiyə davamlıdır, + 90 ° C
► V3 : PVC yumşaq, aşağı istiliklərdə
► V4 : PVC yumşaq, çarpaz əlaqəli
► V5 : PVC yumşaq, yağa dayanıqlı
► X : Çarpaz bağlı polietilen
► Z : Çarpaz bağlı birləşmə, LSZH
► Z1 : Termoplastik birləşmə, LSZH

Kabel Kodu Nümunələri

Fərqli istehsalçılar öz kabelləri üçün uyğunlaşdırılmış təyinatı təqdim etmə üsullarını dəyişirlər. Müxtəlif kabel təyinatlarına dair bir neçə nümunə:

► H05VV5-F 2G0,75, 300/500 V, PVC izolyasiyalı, PVC örtüklü, elastk keçiricili, 2 (nüvəli)damarlı 2,5 mm², qoruyuculu naqildir.

► H05V-K 1X1,0mm² 300/500 V, PVC izolyasiyalı, incə telli, tək damarlı 1 mm² qoruyucusuz naqildir.

► S03VV-F 3G0,75, milli standartdır (bu vəziyyətdə VDE), 300/300 V, PVC izolyasiyalı, PVC örtüklü, incə telli elastik kabel, 3 damarlı 0,75 mm² qoruyuculu naqilidir.

►H05Z-K 1X2.5mm², 300/500 V, XLPE LSZH, incə telli, tək damarlı 2,5 mm², qoruyucusuz naqildir.

Kabel rəng kodlaşdırması

Kodlaşdırma standartları çoxdur və onların bir çoxu rəng kodlarına əsaslanır. Bununla birlikdə, bütün kabel rəng kodları eyni deyil və bəziləri hətta bir-birinə ziddir. Müəssisənizdə hansı standartı istifadə edəcəyiniz istifadə yerindən, quraşdırma növündən, voltajdan və digər xarici amillərdən asılıdır.

İşləyəcəyiniz yerlərdə sizdən öncə fərqli rənglərdən istifadə edilmiş ola bilər lakin sizin işləyərkən bunların qeydiyyatını aparmağınız tövsiyə edilir. Bu şəkildə iş daha etibarlı və gələcəkdə olası xətaların həllində sizə daha sürətli işləməyə kömək edəcək.

Kabellər üçün istifadə olunan rəng kodları dəyişə bilər. Bəzi bölgələrdə rəng kodları qanunla müəyyən edilir və bəzi bölgələr ümumi praktikaya güvənir.

Avropa (IEC) Kabel Rəng Kodları

Əksər Avropa ölkələri AC Elektrik dövrələri üçün Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən müəyyən edilmiş bir rəngli rəng kodlaşdırma standartına əməl edirlər. Bu standart əvvəlcə IEC 60446 olaraq nəşr olundu, lakin 2010-cu ildə IEC 60445-ə daxil edildi. ► Faza 1 – Qəhvəyi
► Faza 2 – Qara
► Faza 3 – Boz
► Neytral – Mavi
► Torpak – Yaşıl Sarı Zolaq

ABŞ Kabel Rəng Kodları

ABŞ-da aşağıdakı adətən kodları kabellər üçün istifadə olunur.

120/208/240 Volt AC Kabel rəngləri
Bu sistem ev və iş yerlərində çox yayılmışdır. ► Faza 1 – Qara
► Faza 2 – Qırmızı
► Faza 3 – Mavi
► Neytral – Ağ
► Toorpaqlama – Yaşıl, Yaşıl sarı zolaq və ya çılpaq tel

277/480 Volt AC Kabel rəngləri
Bu rənglərin istifadəsi yüksək gərginlikli sistemlər, sənaye mühərrikləri və avadanlıqları üçün yaygındır.

► Faza 1 – Qəhvəyi
► Faza 2 – Narıncı
► Faza 3 – Sarı
► Neytral – Boz
► Torpaqlama – Yaşıl, Yaşıl sarı zolaq və ya çılpaq tel

Daha yüksək gərginlikli vəziyyətdə sənədli bir tel etiketləmə sisteminə sahib olmaq daha da vacib olur. Daha ətraflı etiketlərdə dövrə identifikasiyası və ya kilidlənməsi / etiketlənməsi üçün uyğun bir kəsmə nöqtəsi kimi məlumatlar ola bilər.

DC Kabel Rəngləri
Günəş enerjisi sistemləri və bir çox batareya sistemləri AC (alternativ cərəyan) əvəzinə DC (sabit cərəyan) gücündən istifadə edir.

Kanada Kabel Rəng Kodları

Kanadada kabellərin rəng kodlaşdırma standartları Kanada Elektrik Kodu (CEC) tərəfindən müəyyən edilmişdir. AC elektrik kabellərinin rəng kodu ABŞ-da istifadə olunan koda bənzəyir:

► Faza 1 – Qırmızı
► Faza 2 – Qara
► Faza 3 – Mavi
► Neytral – Ağ
► Torpaqlama – Yaşıl Sarı Zolaq

Məlumat Kabelləri Rəng Kodları

Telekommunikasiya və ya kompüter şəbəkəsi tətbiqləri üçün istifadə olunan kabellərdə məlumat kabellərini müəyyənləşdirmək üçün fərqli bir yanaşma istifadə olunur. ANSI / TIA / EIA 606-A standartında telekommunikasiya kabellərinin kodlaşdırılması üçün tövsiyələr var. Bu standart zamanla müxtəlif əlaqələrə tətbiq oluna bilən ardıcıl bir yanaşma təmin edir.

Əvvəlki məqaləMÜTƏXƏSSİSLİYƏ KEÇİD PAKETİ
Növbəti məqaləCisco ASA 5510 /5520 /5550 IOS yükləmə