Home Elektronika MƏNTİQ QAPILARI

MƏNTİQ QAPILARI

368
0

Məntiq qapıları İC(mikrosxem yaxud inteqral dövrə) olaraq istehsal edilirlər. Quracağımız dövrələrdə tranzistor, rezistor, diod və a. kimi komponentlərin sayını azaltmaqda bizə kömək edirlər. Məntiq qapılarının istehsalında da elə bu komponentlərdən istifadə edilir. Dövrədə bir çox tranzistorun yerləşməsi həm istehsalda həm də defekt aşkarlama zamanı işimizi çətinləşdirərkən MQ-lər bu maneələr toplusunu aradan qaldırır. MQ-lər əsasən açma qapama işləri və fərqli açma qapama kombinasiyaları üçün nəzərdə tutulub. Rəqəmsal dünyanın ən çox idtifadə edilən bu komponenti bu sahənin ən maraqlı mövzusudur. MQ-lər iki çeşiddə istehsal edilir: TTL və CMOS. Növbəti abzaslarda bu çeşidlərin nə ilə fərqləndiyini izah edəcəyik.

MQ-lər ana xətt olaraq üç qismə ayrılır: AND(VƏ), OR(VƏ YA), NOT (DEYİL). Bu qapılar birləşərək daha mürəkkəb və eyni zamanda daha verimli NAND (VƏ DEYİL), NOR (VƏ YA DEYİL), XOR (ÖZƏL VƏ YA), XNOR(ÖZƏL VƏ YA DEYİL) qapılarını əmələ gətirirlər.

TTL (Transistor-Transistor logic)

Tranzistor-Tranzistor Məntiqi biopolyar (BJT) tranzistorlardan qurulmuş bir MQ ailəsidir. Dirənc -tranzistor məntiqi(RTL) və ya diod-tranzistor(DTL) məntiqinin əksinə bu texnologiya tranzistorların həm məntiq funksiyasını (birinci “tranzistor”) həm də yüksəltmə funksiyasını (ikinci “tranzistor”) yerinə yetirir.

TTL IC-lər kompüterlər, sənaye kontrollerləri, test cihazları və alətləri, istehlakçı elektronik cihazları və sintez edicilər kimi tətbiqlərdə geniş şəkildə istifadə edilir. Bəzən TTL məntiq səviyyələri birbaşa TTL İC-lərlə əlaqələndirilməz. Məsələn elektronik alətlərin girişlərində və çıxışlarında istifadə edilə bilərlər.

1963-cü ildə Sylvania Electric Products tərəfindən İC şəklində bazara çıxarıldıqdan sonra bir neçə yarımkeçirici istehsal edən şirkətlər də bu texnologiyanı fərqli funksionallıqda istehsal etməyə başladı. Bunların arasında Texas İnstruments-in 7400 seriyası xüsusilə populyar oldu. TTL istehsalçıları bazara çox çeşidli məntiq qapıları, flip-flop-lar, sayğaclar və digər mikro dövrələr çıxararaq bu texnologiyanı inkişafına sürət qazandırdılar.

TTL MQ-nin daxili quruluş

TTL MQ-lər qida gərginlikləri 5 V-dur. CMOS İC-lərə nisbətdə güc itkiləri çoxdur.

Standard TTL (74XXX ailəsi): ən köhnə, yavaş ve güc itkiləri həddən artıqdır

Low Power TTL (74LXXX ailəsi): daha az güç itkisinə sahibdir

Schottky TTL (74SXXX ailəsi): sürətli lakin güc itkisi çoxdur

Low Power Schottky TTL (74LSXXX ailesi): sürətli və az güc itkisinə sahibdir

Advanced LS TTL (74ALSXXX): sürət-güc itkisi nisbəti çox yaxşıdır

FAST TTL (74FXXX): sürət və güc itkisi problemləri baxımından ən yaxşı TTL

CMOS (Complementary metal–oxide–semiconductor)

CMOS-Tamamlayıcı Metal Oksid Yarımkeçirici sözlərinin qısaldılmış formasıdır. Bu İC-lər FET tipli tranzistorlardan ibarət məntiq qapılarıdır. CMOS TTL tipli MQ-lərdən güc dağılımı və sürətli işləməsi ilə fərqlənir. Belə ki, CMOS istehsalı TTL İC-lərin arxa plana atılmasına səbəb oldu.

CMOS MQ ailəsi, məntiq funksiyalarını yerinə yetirəcək şəkildə bir-birinə bağlı hər iki tip(həm n-kanallı həm p-kanallı) FET-lərdən meydana gəlməkdədir. CMOS təməl dövrə aşağıdakı şəkillərdə göstərildiyi kimi, p-kanallı bir tranzistordan və n-kanallı ikinci bir tranzistordan ibarət olan bir tərsləyicidir.

Previous articlePotensiometr
Next articleOptokupler nədir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here