Ana səhifə Elektronika Optokupler nədir

Optokupler nədir

572

Əgər əlinizdə iki fərqli voltajda işləyən dövrə varsa və siz bunlar arasında əlaqə qurmaq istəyirsinizsə mütləq optokupler istifadə etmək məcburiyyətindəsiniz. Optokuplerlər fərqli dövrələr arasında izolyasiya edilmiş siqnal ötürücüdür. Optokuplerin daxili quruluşu bir infraqırmızı led və bir fototranzistordan meydana gəlir.
Tranzistorlar və LED-lər haqqında yazılarımızda məlumat əldə edə bilərsiniz.

Şəkil 1.

Şəkil 1-də optokuplerin daxili sxemində qeyd etdiyim kimi sol tərəfdə LED və sağda fototranzistor göstərilmişdir. LED lampa infraqırmızı şüa yaydığında bu şüadan təsirlənən fototranzistor açılır və üzərindən axım keçirməyə başlayır.

Yuxarıda gördüyünüz dövrədə sol tərəfdə gördüyünüz 5V bir dövrə ilə heç bir elektrik bağlantı olmadan sağda olan 12V bir dövrəni idarə edirik. Buttona basıldığında LED işə düşür və fototranzistor 12V-luq dövrəni işə salır.

Optokuplerlərin yüksək voltajla çalışan növləri isə optotriak adlanır. Tranzistorlardan da tanış olduğumuz yüksək voltajla çalışan triaklar kimi əgər 220V-luq bir dövrəni işə salmaq istəyiriksə optotriaklardan istifadə etməliyik. Optotriakların da çalışma prinsipi eynilə optokuplerlər kimidir. Fərqləri isə optokuplerlərin zəif axım optotriakların güclü axımlarda istifadə edilməsidir. Aşağıdakı şəkildə optotriakın çalışma prinsipi verilmişdir.

Optotriac

Bu dəfə sağdakı 5V-luq dövrədəki button ilə işə salınan LED sağdakı 230V-luq bir dövrənin çalışmasını təmin edir.

DİQQƏT! 230V öldürücü ola bilər və bu səbəbdən çox ehtiyatlı davranmanızı tövsiyə edirik!

Rauf Rufullayev