Ana səhifə Elektrik Volt nədir

Volt nədir

1812

Volt (Gərginlik – Voltaj)

Gərginlik bir naqilin iki ucu arasındakı elektron təzyiqidir. Yəni axını bir nöqtədən digərinə itələyən qüvvətə gərginlik deyilir. Bu təzyiq sayəsində sərbəst elektronlar hərəkət edir. Elektrik cərəyanının axması gərginlik sayəsində meydana gəlir. Vahidi isə Voltdur və “V” hərfi ilə qeyd edilir.

Ölkəmizdə istifadə edilən elektrik voltajı evlərdə 220 volt sənayedə isə 380 voltdur. Ölkələrə görə bu dəyərlər dəyişə bilər. Məsələn Amerika da evlərdə istifadə edilən elektrik gərginliyi 110 volt olaraq nizamlanmışdır.

Volt adı Alessandro Volta adlı bir İtalyan fizika professorundan gəlməkdədir. Bu fizik eyni zamanda 1801-ci ildə ilk batareyanı kəşf etmişdir. Elektrik mövzusundakı bir çox inkişaf bu kəşfdən sonra başlamışdır.

Gərginlik Hesablama Düsturları

Bir naqil üzərindən keçən gərginliyi hesablamaq üçün birdən çox düstur vardır. Bu düsturları nümunələr ilə sizə aşağıda təqdim ediri.

Əvvəlcə istifadə edəcəyimiz simvollar ilə tanış olaq:

Cərəyan şiddəti = I (Amper)
Müqavimət = R (Ohm)
Gərginlik = V (Volt)
Güc = W (Watt)

  1. V=P/I
  2. V=IxR
  3. V=(PxR)-nin kökaltı.

Bu üç düstur ilə Gərginliyi hesablaya bilərsiniz.

Nümunə 1 = Müqavimətimiz 11 ohm cərəyan şiddəti isə 20 amper olarsa:

V=IxR formulu ilə hesablayaq. V=11×20 şəklində müqavimət və axımı yerləşdirincə nəticə V=220  gərginliyi verir.

Əvvəlki məqaləElektrik dövrələri
Növbəti məqaləWindows 10-da windows düyməsi ilə qısa yollar