Ana səhifə Helpdesk Windows-da fayllar niyə tamamən silinmir?Çözüm!

Windows-da fayllar niyə tamamən silinmir?Çözüm!

1149

Windows-da fayl və ya qovluqları sildiyinizdə bu onu tamamən silməz. Təbii ki, hər kəs standart əmr olan “delete”-dən istifadə edərək silir və bildiyiniz kimi sildiyimiz hər şeyi geri qaytarmaq şansımız da var. Məntiqlə düşünən hər bir şəxs anlayır ki, geri qaytarıla bilən bir şey tamamən silinməmişdir. Belə ki, Windows bizim sil əmrimizdən sonra bu dosyaları silməz və sistemə “bu sahə boşdur və istifadəyə hazırdır” mesajı verir. Bunu köhnə telefonlarınızda hər yeni gələn zəngdən sonra ən birinci nömrənin silinməsi kimi ifadə etmək olar. Sərt diskdə yer azaldıqca silinmiş kimi bildiyimiz fayllar həqiqətən silinərək bu klasterləri yenilərinə buraxırlar. Bu səbəbdən biz sildiyimiz faylları hələ yerlərini yenilərinə verməyiblərsə geri qaytara bilirik. Hər zaman geri qaytarılmasını istəmədiyimiz fayllar və qovluqlar olmaya bilər. Bəs necə edək ki, sildiyimiz fayllar və qovluqlar birdəfəlik yox olsun?

Bunun üçün Windows-da gizli bir proqram mövcuddur. Bu proqramın işə düşməsi üçün sadəcə bir əmr yazmağınız kifayətdir.

Windows düyməsi və R düyməsinə basaraq işə başlayaq.

Açılan işə sal pəncərəsinə aşağıdakı sətiri yazaq:

cipher / w: C (burada C silmək istədiyiniz diskin adıdır digər hallarda diskin adını başqa yaza bilərsiniz. Məsələn: cipher / w: D)

Qeyd: 1. Əmri yazarkən boşluqlara diqqət edin!

 2. Əməliyyat zamanı hərhansı silinməmiş verilən itmir.

 3. Diskin böyüklüyündən asılı olaraq təmizləmə müddəti uzuna bilər.

Ümid edirəm ki, məqalə işinizə yaradı. Oxuduğunuz üçün təşəkkürlər.