Ana səhifə Şəbəkə Cisco roter-lərə rommon rejimində IOS yükləmək(Upgrade)

Cisco roter-lərə rommon rejimində IOS yükləmək(Upgrade)

417

Cisco routerlər lisenziya problemləri yaxud IOS yeniləməsi və ya flash silinməsi zamanı yenidən sistem yükləməsi etmək lazım gəlir. Bu məqalədə addım-addım prosesləri yazmağa çalışacağıq. İlk növbədə içərisində sistem olan bir routeri upgrate əməliyyata hazırlayaq.

Router>
Router>en

Router#

Sistemə daxil olduq

Router#show flash:

show flash: komandası hazırda sistemimizdə mövcud olan IOS versiyasını bizə göstərir.

-#- –length– —–date/time—— path
1 97991400 Sep 12 2014 10:59:44 +00:00 c2900-universalk9-mz.SPA.152-4.M2.bin
3 76 Jul 9 2020 15:25:50 +00:00 System Volume Information/IndexerVolumeGuid

158478336 bytes available (98004992 bytes used)

Gördüyünüz kimi bizdə köhnə versiya bir IOS dayanır. Versiyalar bin fayllarında sonluqda olan SPA sözündən sonrakı rəqəmlərdən aydın olur. Aşağıda qalın şriftlərlə bu bölümü qeyd etmişik.

c2900-universalk9-mz.SPA.152-4.M2.bin

Biz daha yeni bir IOS əldə edib bununla əvəzləyəcəyik. Əldə etdiyimiz yeni IOS versiyasını da sizə təqdim edirik:

c2900-universalk9-mz.SPA.154-3.M3.bin

Ona görə də sistemdə yer alan c2900-universalk9-mz.SPA.152-4.M2.bin silirik.

Router#delete flash:

komandanı daxil etdikdən sonra qarşımıza bu sual çıxır:


Delete filename []?

və sualın qarşısına öncədən sistemdə olan c2900-universalk9-mz.SPA.152-4.M2.bin adını yazırıq.


Delete filename []? c2900-universalk9-mz.SPA.152-4.M2.bin

Enter vurduqdan sonra avadanlıq yenidən sual verir:

Delete flash0:c2900-universalk9-mz.SPA.152-4.M2.bin? [confirm]

buraya da Enter vurub təsdiqləyirik.

Yenidən show flash: komandası ilə silinib siliməməyinə göz atırıq.

Router#show flash:
-#- –length– —–date/time—— path
3 76 Jul 9 2020 15:25:50 +00:00 System Volume Information/IndexerVolumeGuid

256471040 bytes available (12288 bytes used)

Gördüyümüz kimi flash artıq boşdur və reload komandası ilə sistemi yenidən başladırıq.

Router#reload

Yenə qarşımıza çıxan sualı Enter ilə təsdiqləyirik.

Proceed with reload? [confirm]

Sisrem yenidən başladıqda artıq IOS olmadığı üçün rommon rejiminə keçir.

rommon rejimi

İndi isə routeri TFTP yükləməsi üçün hazırlayaq. İlk növbədə routerin GE0/0 portu ilə kompüterinizi normal şəbəkə kabeli ilə bağlayın. Sonra da İp ünvanınızı 192.168.10.102 kimi ayarlayın və TFTP proqramında da eyni ilə ayarlayın. TFTP server ayalaması öncədən yazdığımız “ASA İOS yükləməsi” məqaləsində şəkillərlə göstərilib.

rommon 1 > IP_ADDRESS=192.168.10.103 bu routerə verilən İP ünvandır
rommon 2 > IP_SUBNET_MASK=255.255.255.0 routerin altşəbəkə maskası
rommon 3 > DEFAULT_GATEWAY=192.168.10.102 Buraya kompüterinizin Ethernet-ə qoşulan şəbəkə kartının İP ünvanı
rommon 4 > TFTP_SERVER=192.168.10.102 Buraya kompüterinizin Ethernet-ə qoşulan şəbəkə kartının İP ünvanı
rommon 5 > TFTP_FILE=c2900-universalk9-mz.SPA.154-3.M3.bin Buraya yükləyəcəyiniz İOS adını
rommon 6 > TFTP_CHACKSUM=0
rommon 7 > tftpdnld TFTP yükləməni başlat

Enter ilə təsdiqləyirik və çıxan:

Invoke this command for disaster recovery only.
WARNING: all existing data in all partitions on flash will be lost!
Do you wish to continue? y/n: [n]:

sualında y yazıb yenidən Enter ilə davam edirik.

Receiving c2900-universalk9-mz.SPA.154-3.M3.bin from 192.168.10.102 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
File reception completed.
IOS Image Load Test


Digitally Signed Release Software

Validating checksum.
Copying file c2900-universalk9-mz.SPA.154-3.M3.bin to flash0:.
program load complete, entry point: 0x80803000, size: 0x1b340

Format: All system sectors written. OK…

Format: Total sectors in formatted partition: 501728
Format: Total bytes in formatted partition: %llu
Format: Operation completed successfully.
program load complete, entry point: 0x80803000, size: 0x1b340

rommon 14 >

Nəhayət ki, yükləmə bitdi və biz boot komandası ilə sistemimizi yenidən yükləyirik.

rommon 14 > boot

program load complete, entry point: 0x80803000, size: 0x1b340
program load complete, entry point: 0x80803000, size: 0x1b340

IOS Image Load Test


Digitally Signed Release Software
program load complete, entry point: 0x81000000, size: 0x635d98c
Self decompressing the image : ########################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################################### [OK]

Təbriklər! Siz artıq işi bitirdiniz!

Əvvəlki məqaləCisco switch-ləri sıfırlamaq
Növbəti məqaləFiber konnektorlar