Home Robotexnika Arduino ilə ilk addım: Düymə ilə LED idarəetmə

Arduino ilə ilk addım: Düymə ilə LED idarəetmə

223
0

İnternetdə ən çox rastlaşacağınız skeçlərdən biri düymə ilə LED yandırmaqdır. Bu Arduinoya başlayanlar üçün ilk dərs saıla bilər. Çox zaman yeni başlayanların: “Axı işıq yandırmaq mənim nəyimə lazımdır, mən robot qurmaq istəyirəm” kimi deyindikləri də bu sahədə məqalə yerləşdirənlərin şərhlərində də rastlaşmaq olar. Lakin bu skeç Arduinoya giriş üçün ən lazımlı addımdır. Bu addımla siz ən azından kod yazmağın qaydalarını və bredboardda işləməyi öyrənirsiniz.

İndi isə keçək bizim “ilk addım” laihəmizə. İlk növbədə layihə üçün lazım olan materiallar ilə tanış olaq:

1əd Arduino UNO

1 əd LED

1 əd 220 Ohm dirənc(rezistor)

1 əd 10K dirənc(rezistor)

1 əd dörd ayaqlı düymə

1 əd sınaq lövhəsi(breadboard)

və bağlantı kabelləri.

İlk növbədə Arduinonun 5V çıxışından sınaq lövhəsinin müsbət xəttinə, GND çıxışından isə mənfi xəttinə bağlantı naqilini çəkirik. Bu bizim bundan sonra qida mənbəyimiz olacaq. Növbəti layihələrimizdə də bu bağlantını quracağımız üçün bu məqamı unutmayaq. Sonra isə Arduinonun 2-ci rəqəmsal çıxışından LED lampamızın müsbət ayağına daha bir naqil çəkirik. Qeyd edim ki, LED lampaların müsbət ayaqları mənfi ayaqlarından daha uzun olur. LED-lər barədə saytımızda daha ətraflı bir məqalə vardır və nəzərdə keçirməniz sizə faydalı olacaqdır. LED-in digər ayağını isə sınaq lövhəsinin öncədən çəkdiyimiz ayağına 220 Ohm-luq dirənclə birləşdiririk. Bununla LED ilə olan bağlantılar tamamlanmışdır.

İkinci addım Düyməmizi sınaq lövhəsinə yerləşdirməkdir. Sınaq lövhəsinə diqqətlə baxdığımızda lövhəni iki yerə bölən bir kanal görürük. Bu lövhəni iki müstəqil yerə ayırır və bir tərəfində çalışdığımızda digər tərəfdə heç bir bağlantı olmur. Düyməmizi şəkildə gördüyünüz kimi kanalı böldüyü yerə yerləşdiririk və bir ayağını 10K dirənclə mənfi xəttə bağlayırıq. Digər ayağı isə müsbət xəttə bağlayırıq. Düymənin mənfi xəttə bağlanan ayağından Arduinonun 3-cü rəqəmsal ayağına naqil çəkirik və bağlantılarımızı tamamlayırıq. Aşağıdakı şəkildə layihəmizin tam sxemini görə bilərsiniz:

const int buttonPin = 3; // Düyməyə gedən pin 
const int ledPin = 2; // LEDə gedən pin
int buttonvez = 0; // Düymənin vəziyyəti
void setup() {
 pinMode(ledPin, OUTPUT); // LED üçün çıxış
 pinMode(buttonPin, INPUT); // Düymədən gələn siqnalın qəbulu üçün giriş
}
void loop() {
 buttonvez = digitalRead(buttonPin); // Pin 2-dən gələn məlumatın oxunması
 if (buttonvez == HIGH) { // Əgər düymə basılıbsa çıxış açılsın
 digitalWrite(ledPin, HIGH); // LED-i yandır
 }
 else {
 digitalWrite(ledPin, LOW); // Əks halda LED sönsün
 }
}
Previous articleArduino parkinq sensoru
Next articleArduino ilə tanışlığım və Potensiometr ilə dimmer qurmaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here