Ana səhifə Robotexnika Arduino ilə LDR istifadəsi

Arduino ilə LDR istifadəsi

473

Arduino kimi kontrollerlərin bizə verdikləri imkanlarla istənilən xəyallarımızı gerçəkləşdirə bilərik. Lakin bütün xəyalları gerçəkləşdirmək üçün bizə yetərli bilgi bazası lazımdır. Bilgi bankları təəssüf ki, hər zaman doğma dilimizdə olmur və bu da xarici dil biliyi olmayan lakin həvəsli olan dostlarımızın inkişafına mane olur. Bu saytın da məqsədi milli elektronika portalı olub xalqımıza xidmət etməsidir. Gəlin bilgi bazamıza yeni bir layihə də əlavə edək.

Layihəmiz gecə avtomatik işə düşən lampadır. İlk baxışdan sizə lazımsız gələ bu layihə gələcəkdə ev avtomatlaşdırmasında sizə dəstək ola biləcək sinifdəndir. Bundan sonra paylaşacağım layihələrin gələcəkdə sizə nə kimi faydalı olacağını da qey edəcəyəm. Bu layihəmiz də ev avtomatlaşdırmasında və küçə işıqlarının avtomatlaşdırılmasında sizə lazım olacaq. İndi isə keçək layihəmizə.

Layihəmizin əsas qəhramanı LDR-dır. LDR ilə bağlı elektronika bölümümüzdə ətraflı məlumat var. Komponentlə bağlı bilgini bu linkdən əldə edə bilərsiniz.

İşığa duyarlı rezistor növü olan LDR sensoru ilə 3V-luq LED lampa yandıracağımız bu layihəyə bir rele əlavə etməklə 220V-luq bir şəbəkə lampasını yandıra bilər. Bu məqalədə biz ancaq LED lampa yandıracağıq lakin rele üçün də ayrıca bir məqaləmiz də olacaq.

Layihədə istifadə edəcəyimiz materiallar ilə tanış olaq:

1 əd Arduino UNO

1 əd LDR

1 əd 10K dirənc

1 əd sınaq lövhəsi

1 əd LED

1 əd 220Ohm dirənc

və göz oxşayan rəngli naqillər:)

İşə başlamadan əvvəl dövrə sxemimizi sizinlə paylaşım:

İlk növbədə sınaq lövhəmizin mənfi və müsbət naqillərini Arduinonun 5V və GND çıxışlarından alırıq. Sonra əsərin qəhramanı LDR sınaq lövhəmizə taxırıq. LDR-ın bir ayağını sınaq lövhəmizin mənfi ayağına 10K dirənc vasitəsilə qoşuruq. Eyni ayaqdan Arduinomuzun A0 girişinə də naqil çəkirik. Bu yolla biz LDR bizə göndərəcəyi siqnalı analoq girişindən oxuyacağıq. LED lampamızı da 220 Ohm-luq bir dirənclə sınaq lövhəmizin mənfi xəttinə qoşuruq. Bağlantılarımızı bitirdikdən sonra kodlama bölümünə keçirik. Aşağıdakı kodu Arduino İDE proqramımız vasitəsi ilə kontrollerə ötürürük.

int lightPin = A0; // LDRdan gələn naqil
int ledPin = 13; // LEDimizin qoşulduğu naqil
void setup() {
Serial.begin(9600); // Serial qoşulmanı başladırıq
pinMode(ledPin, OUTPUT); // LED qoşulduğu pini çıxış kimi qeyd edirik
}

void loop() {

Serial.println(analogRead(lightPin)); // Burada rezistorumuzdan gələn dəyəri oxuyuruq

analogWrite(ledPin, analogRead(lightPin) / 4);  // Oxuduğumuz dəyəri Serial Monitora yazaq
delay(10); // Əməliyyaq qısa zamanda təkrar edilsin

Əvvəlki məqaləArduino ilə tanışlığım və Potensiometr ilə dimmer qurmaq
Növbəti məqaləCisco – Huawei komandalarının müqayisəsi