Ana səhifə Robotexnika Öz Arduino UNO-nu düzəlt

Öz Arduino UNO-nu düzəlt

372

Kontrollerlər bir çox istehsalçı tərəfindən bazara çıxarıldığı üçün həm keyfiyyət həm də dizayn baxımından tələblərimizi qarşılamadığı sıxıntısı ilə çox zaman avadanlıq seçimi etmək də çətin olur. Buna baxmayaraq bütün hallarda hazır məhsul almaq, istifadəçi üçün həm vaxt itkisinin qaşısını almaq həm də iş artırmamaq xatirinə optimal variant kimi seçilir. Lakin bəzən elə hallar olur ki, layihə bizi bu optimal variantın istifadəsindəm məhrum edir. Belə hallarla rastlaşan dostlarımız üçün mən də bu məqaləni yazmaq ehtiyacı duydum. İndi isə iş başına:)

Arduino UNO əksər istifadəçilərin tez-tez müraciət etdiyi bir kontrollerdir və mən də bu baxımdan onu seçdim. UNO əlimizə bir neçə variantda gəlir və hər birinin də keyfiyyəti çipin sağlamlığı və istehsalçının bazar rəqabətində uduzmamaq üçün nə qədər ucuz material istifadə etməsindən asılı olur. Bu gün biz orjinalın bənzərini qurmağa çalışacağıq.

İlk novbədə layihəmizdə istifadə edəcəyimiz materiallara diqqət yetirək:

Proyektimizin əsasını təşkil edən – ATMEL ATmega328p chip
– Sınaq lövhəsi(breadboard)
– Yaşıl LED
– Qırmızı LED
– 3 əd 220-ohm resistors
– 16 MHz cristal osillator (HC-495)
– L7805cv 5V regulator
– 2 əd 100 μF elektrolit kondensator
– PP3 9V battery clip
– dörd ayaqlı düymə
– 2 əd 22 pF seramik kondensator
– Naqillər
– 9V batareya

Aşağıdakı şəkildə gördüyünüz ATMEL ATmega328p çipidir. Bu bir növ kompüterlərimizdəki mərkəzi prosessor rolunu oynayır.

Çipimizin ayaqlarının nə işə yaradığını isə cədvəlimizdən oxuya bilərik:

Ayaqların
nömrəsi
Arduino
Funksyası
Ayaqların
nömrəsi
Arduino
Funksyası
1Reset 15 Pin 9
2Pin 016 Pin 10
3Pin 117 Pin 11
4Pin 218 Pin 12
5Pin 319 Pin 13
6Pin 420BCC
7VCC21AREF
8GND22GND
9Cristal23A0
10 Cristal 24A1
11 Pin 525A2
12 Pin 626A3
13 Pin 727A4
14 Pin 828A5

İndi isə addım-addım yığmağa başlayaq. İlk növbədə Atmega-nı sınaq lövhhəsinə taxırıq və elektrik naqillərini qoşuruq. Burada 7, 20 və 21 ayaqlarını sınaq lövhəsinin pozitiv xəttinə, 8, 23-cü ayaqları isə mənfi xəttinə bağlayırıq.

Kristal osillatorun bir ayağını Atmega-nın 9-cu ayağına digərini isə 10-cu ayağına bağlayırıq. Bundan sonra kondensatorları qoşmaq lazımdır. 22 pF-lıq kondensatorlarımızı da Atmeganın 9-cu və 10-cu ayaqlarından sınaq lövhəmizin mənfi ayaqlarına qoşuruq.

Qeyd: 22 pF-lıq seramik kondensatorların mənfi və müsbət qütbləri yoxdur və hansı ayağını Atmega-ya qoşmağınızın fərqi yoxdur.

Reset düyməsi rolunu oynayacaq 4 ayaqlı düyməmizin bir ayağını Atmegaga-nın 1-ci ayağına bağlayırıq. Eyni ayaqdan sınaq lövhəsinin mənfi xəttinə 220Ohm-luq bir dirənclə qoşuluruq. Düymənin digər ayağını birbaşa sınaq lövhəmizin mənfi xəttinə qoşuruq.

Arduinomuzun voltajını tənzimləmək üçün olaraq L7805cv 5V-luq requlyatordan istifadə edəcəyik. Voltaj requlyatorumuzun 3 ayağı vardır. 1-ci ayağı giriş, ikinci ayağı GND, üçüncü ayaq isə çıxışdır. Giriş ayağından gələn voltajı 5V-a düşütmək üçün bir komponentdir.

Requlyatorumuzun giriş və GND(torpaqlama) ayaqları arasına elektrlit kondensator taxırıq. Kondenastorun mənfi qütbünü requlyatorun torpaqlama ayağına, müsbət qütbünü isə giriş ayağına taxmaq lazımdır. İkinci kondensatoru isə sınaq lövhəsinin mənfi və müsbət xətləri arasına bağlayırıq. Yenədə qütblərə diqqət edirik. Dövrəmizi qidalandırmaq üçün isə torpaqlama(GND) ayağını sınaq lövhəsinin mənfi, çıxış ayağını isə müsbət xəttinə qoşuruq.

İndi isə indiqatorlar və qida mənbəyini montaj edib işimizi tamamlayaq. Atmeqanın 19-cu ayağından sınaq lövhəsinin hər-hansı bir boşda qalan yuvasına xətt çəkirik. Şəkildə mən bunu yaşıl naqil ilə etmişəm. LED-din müsbət ayağını bu xəttə qoşuruq və mənfi ayağını isə 220Ohm-luq bir dirənclə sınaq lövhəsinin mənfi ayağına çəkirik. Bu LED Arduinodaki yanıb sönən indiqator rolunu oynayır. Çox zaman bu LED yaşıl yaxud mavi işıq olaraq fərqləndirirlər və bu daha gözəl alınır. Sistemin işə düşdüyünü göstərən 2-ci LED-imiz isə sınaq lövhəsinin mənfi və müsbət xəttlərinə qoşuruq. Dirənc istifadə etməyi unutmayın. Şəkildə göstərilən son bağlantı 9V qida mənbəyidir. Qida mənbəyindən gələn müsbət xətti requlyatorun girişinə bağlanır. Bunu bir açar vasitəsi ilə etsəniz daha mükəmməl olar. Mənfi isə requlyatorun torpaqlama ayağına qoşulur.

Bağlantıları bitirdik və Arduinomuz hazırdır. Bundan sonrakı əməliyyat artıq Arduinomuzun proqramlama bölümüdür. Bu isə növbəti Atmega programlaması məqaləsində sizə təqdim edəcəyik.

Əvvəlki məqaləFortinet Fortigate CLI komandaları
Növbəti məqaləArduino ilə musiqi səsləndirmə