Kənardan idarə etmək tək Wi-Fi və bluetooth ilə deyil bunu GSM vasitəsilə də etmək olur. Məsələn, Çox uzaqdasınız və evin qapısını açmaq lazım olur. Əgər evdə internet belə yoxdursa Wi-Fi və bluetooth texnologiyası da köməyinizə çatmır. Bu zaman GSM texnologiyasına müraciət etməli oluruq. SIM800L GSM/GPRS modulu bu işdə sizə yardım edəcək vasitələrdən biridir. Bu tək ev avtormatlaşdırmasında deyil hətta İoT üçündə başlanğıc nöqtəsi kimi görə bilərsiniz.
SIM800L GSM/GPRS modulu kiçik bir GSM modemdir və miniatür telefondur. Bu modul üzərindən siz zəng etmək, mesaj almaq-göndərmək, GPRS üzərindən internetə qoşulmaq və mobil telefonun edə biləcəyi digər əməliyyatları da yerinə yetirə bilərsiniz. Bundan əlavə, modul dörd dalğalı GSM/GPRS şəbəkələrini dəstəkləyir və dünyanın hər yerində işləyir.
Modulun nüvəsi dünyaca məşhur simsiz rabitə developeri Simcom şirkətinin SIM800L GSM çipindən ibarət olduğu üçün modulun adı da elə SIM800L GSM/GPRS modulu kimi qeyd edilir.
Çipin işləmə gərginliyi 3.4V ilə 4.4V arasında dəyişir və bu da onu birbaşa Litium batareya ilə qida mənbəyini təchiz etməyi asanlaşdırır. SIM800L GSM/GPRS modulu kiçik olduğundan onu istənilən layihədə istifadə etmək olar.
İndi isə keçək modulun qurulumuna.
Modulun vəziyyətini öyrənmək üçün ilk öncə test edək. Aşağıda gördüyünüz dövrəni qurun və kod sətirini İDE vasitəsi ilə Arduinoya yükləyin.
#include <SoftwareSerial.h>
SoftwareSerial mySerial(3, 2); //SIM800L Tx ve Rx ayaqlarını Arduino-da #3 ve #2
çıxışlarına bağlayın
void setup()
{
Serial.begin(9600);
//Burada Arduino ve SIM800L arasındakı serial qoşulma başlayır
mySerial.begin(9600);
Serial.println("Initializing...");
delay(1000);
mySerial.println("AT"); //Qoşulma uğurlu oldu
updateSerial();
mySerial.println("AT+CSQ"); //Siqnal keyfiyyet testi, deyer diapazonu 0-31, 31 olması yaxşısıdır
updateSerial();
mySerial.println("AT+CCID"); //SİM-in qoşulub-qoşulmadığını təsdiqləmək üçün SİM məlumatını oxunması
updateSerial();
mySerial.println("AT+CREG?"); //Şəbəkədə qeydiyyatdan keçib-keçmədiyini yoxlayın
updateSerial();
}
void loop()
{
updateSerial();
}
void updateSerial()
{
delay(500);
while (Serial.available())
{
mySerial.write(Serial.read());//Serialın qəbulunu Proqram Serial Portuna yönləndirin
}
while(mySerial.available())
{
Serial.write(mySerial.read());//Proqram Serialının qəbulunu Serial Porta yönləndirin
}
}
Skeç yükləndikdən sonra serial monitoru 9600 bitreyt ilə açın və aşağıdakı ekran görsənəcək.
Əlaqə qurulduqdan sonra AT əmrləri modula göndərə bilərik. AT əmrlər iləbağlı bütün bilgiləri sizə təqdim edirəm:
AT – Əsas AT əmridir. Hər şey qaydasındadırsa sizi başa düşdüyünü bildirən OK mesajı ilə cavab verir.
AT+CSQ – “Siqnal Gücü”nü yoxlayır və dB vahidi ilə cavab verir. Ən az 5 olmalıdır. Siqnalın gücü sizin antenanız və yerinizdən asılıdır.
AT+CCID – SİM kartın etibarlı olub-olmadığını yoxlayır və SİM kartın nömrəsini göndərir.
AT+CREG? – Şəbəkədə qeydiyyatda olub-olmamağınızı yoxlayır. Çıxış cavabında ikinci rəqəm 1 və ya 5 olmalıdır. 1 sizin yerli şəbəkədə qeydiyyatdan keçdiyinizi, 5 isə rouminq şəbəkəsini göstərir. Bu ikisindən başqa istənilən nömrə sizin heç bir şəbəkədə qeydiyyatdan keçmədiyinizi göstərir.
Ardı var