Ana səhifə Elektronika VCC, VDD, VSS nədir?

VCC, VDD, VSS nədir?

58

Bir çox dövrələrdə güc qaynaqları kimi qarşılaşdığımız bu terminlər çox vaxt bənzərliklərindən dolayı qarışdırırıq. Buna görə də bu məqaləni yazmağa qərar verdim. Adətən saytda olan məqalələr özümə də kömək edir.)))

VCC və VSS bənzər görünsələr də ayrı qütbləri təmsil edirlər. Beləki VCC müsbət(+) qütb, VSS isə mənfi qütbdür.

İndi isə bu qısaltmaların mənalarına baxaq.

  • Vcc – Collector Collector Voltage
  • Vdd – Drain Drain Voltage
  • Vss – Source Source Voltage
  • Vce – Collector Emitter Voltage
  • Vbe – Base Emitter Voltage
  • Vec – Emitter Collecter Voltage

Burada Collector və Emitter sözləri yəqin ki sizə tanışdır. Bu BJT tranzistorlarında giriş və çıxış ayaqlarının adlarıdır. Drain və Source isə FET tipli tranzistorların giriş çıxış ayaqlarıdır. Burdan əldə etdiyimiz nəticələri aşağıdakı kimi ifadə etmək olar

  • Vdd – FET müsbət voltaj qaynağıdır
  • Vcc – BJT müsbət voltaj qaynağıdır
  • Vss – FET mənfi voltaj qaynağıdır
  • Vee – BJT mənfi voltaj qaynağıdır

Bir sözlə Vdd, Vcc gördüyünüzdə müsbət(+), VssVee gördüyümüzdə isə mənfi ayaqlar olduğunu anlayacağıq.

Əvvəlki məqaləSIM800L GSM modulu ilə SMS və zəng funksyaları. Arduino ilə təcrübə
Növbəti məqalə16×2 LCD qurulumu və Arduino ilə işə salınması