Home Şəbəkə Cisco switch-ləri sıfırlamaq

Cisco switch-ləri sıfırlamaq

183
0

Əgər avadanlığın şifrəsini Bilirsinizsə o zaman aşağıda gördüyünüz komandaları yazmağınız kifayət edir.

CiscoSW#erase startup-config
CiscoSW#delete flash:vlan.dat
CiscoSW#reload

Komandaları icra etdikdən sonra avadanlığı yenidən başlatmalısınız.

Əgər avadanlığı ikici əl bazarından almısınızsa o zaman bir az artıq yorulacaqsınız. Aşağıda addım addım edəcəyiniz əməliyyatları qeyd etdiyimiz kimi yerinə yetirsəniz heç bir tərsliklə qarşılaşmadan kommutatorunuzu sıfırlayacaqsınız.

  1. Konsol kabeli avadanlığın Console yazılan portuna qoşun. Bu port Cisco avadanlıqlarında mavi rəngli çərçivələnmiş olur.
  2. Putty yaxud Terra Term proqramını açın. Əmin olun ki, avanlıqla kompüter arasında bağlantı qurulub. Əgər bağlantı varsa Putty açılacaq.
  3. Avadanlığın ön tərəfində olan düyməni basıb sonra elektrik şəbəkəsinə qoşun. Bu arada Putty yaxud Terraterminalı açıq saxlayın.
  4. Ekranda gələn yazıları təqib edin. The password-recovery mechanism enabled yazısını gördüyünüzdə düyməni buraxın. Switch-in ön tərəfindəki işıqdan da bunu hiss etmək olar.
  5. Qarşınıza switch: çıxacaq. Bundan sonra burdan kopyalamaq istəyirsinizsə komandaları switch: olmadan kopyalayın. Məsələn: switch:flash_init yazılıbsa sadəcə flash_init götürün
  6. switch:flash_init
  7. switch:dir flash:
  8. switch:delete flash:config.text
  9. switch:delete flash:config.dat
  10. switch:delete flash:private-config.text (əgər varsa)
  11. switch:boot

Bundan sonra yenidən yüklənmə başlayacaq və hər şey hazırdır.

Previous articleDIP paket tipləri
Next articleCisco roter-lərə rommon rejimində IOS yükləmək(Upgrade)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here