Ana səhifə Şəbəkə Fiber konnektorlar

Fiber konnektorlar

636

FİBER OPTİK kabellər SINGLE MODE və MULTI MODE olaraq 2 yerə ayrılır. Single mode kabellər uzaq məsafə, Multi mode kabellər isə yaxın məsafələr üçün nəzərdə tutulmuşdur. Bu kabellər müxtəlif çeşidli konnektorlar ilə sonlandırılır. CAT tipli kabellərdə eyni tipli başlıqlardan istifadə edən bizlər üçün biraz qarışıq görsənən bu vəziyyətə aydınlıq gətirmək üçün bu məqalədə bu başlıqları araşdırmağa qərar verdik. Fiber kabellərdə istifadə edilən başlıqlar əsasən SC, LC, ST, FC, MU, MTRJ, E2000 konnektorlarıdır.

SC konnektor

SC konnektor əsasən fiber patch panellərdə və fiber media convertor cihazlarında istifadə edilir. Multi mode və Single mode kabellərdə istifadə edilir. 2.5mm halqaya sahibdir. Aşağıdakı şəkillərdə bu konnektorun daxili sxemi və hazır vəziyyəti verilmişdir.

ST Konnektor

ST konnektoru AT&T tərəfindən icad edilib və lisenziyalaşdırılıb. Çox köhnə texnologiya sayilmasına baxmayaraq hələdə populyarlığını itiməyib. ST fiber oknnektor əsasən kampuslar, multi mode fiber şəbəkələri, korporativ şəbəkələrdə və hərbi şəbəkələrdə həm uzun, həm də qısa məsafələr üçün istifadə edilir.

LC Konnektor

Lucent Technologies tərəfindən düzəldilən LC konnektor günümüzün ən populyar fiber optik texnologiyasıdır. Bu başlıqlar əsasən SFP və SFP+ alıcı və vericilər üçün bağlantı vermək üçün istifadə edilir. Həm Multi mode həm də Single mode kabellərdə istifadə edilir. LC SFF(small form faktor) bir baçlıqdır və 1,25mm-lik bir üskük istifadə edir. Bu konnektor SC kimi simplex(tək naqil) və duplex(cüt naqil) kimi qarşımıza çıxır. Aşağıdakı şəkillərdə LC başlıqlar üçün misallar və daxili quruluşu verilib.

FC Konnektor

FC konnektoru seramik üskük istifadə edən ilk fiber konnektordur və paslanmaz polad yaxud nikel örtüklə təhciz edilmişdir. Bu konnektor avadanlıqlara bağlanmaq üçün BNC başlıqlara bənzər bir kilid sistemindən istifadə edir.

MPO / MTP Fiber Konnektorlar

Əvvəlki məqaləCisco roter-lərə rommon rejimində IOS yükləmək(Upgrade)
Növbəti məqaləArduino ilə maneədən qaçan robot maşın